Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 26 Fevral

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 26 Fevral
# 26 fevral 2016 17:11 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

İŞİD-ə qarşı mübarizə Suriya ərazisində hərbi əməliyyatlar aparmaq üçün yandırılan yaşıl işıqdır. Rusiya, ABŞ, Fransa, İran üçün yaşıl işığı məhz bu səbəb yandırıb. Baxmayaraq ki, bu ölkələrin heç də hamısı təkcə İŞİD mövqelərinin bombalamır. Türkiyənin zamanında Suriyada hərbi əməliyyatları əsaslandırmaq üçün bu bəhanədən istifadə etməməsi ilk yanlış idi. Əsas hədəfin İŞİD deyil, Əsəd qüvvələri olduğunu açıqlamaq bu yanlışlığın davamı idi. Hətta Türkiyə jetləri İraqda PKK-nın mövqelərini bombalayan zaman ABŞ Ankaraya “hədəf PKK deyil, İŞİD olmalıdır” mesajı verəndə belə bu yanlışlıq düzəldilmədi. Əgər Ankara ilk mərhələdə İŞİD-ə qarşı mübarizə adı altında Suriyada terrorçularım mövqelərini bombalasaydı, bununla Suriyada hərbi iştirakını legitimləşdirmiş olardı. Sonrakı mərhələlərdə isə öz maraqlarını müdafiə etmək üçün PYD mövqelərini nəzarətdə saxlamaq imkanı əldə edər və məsələ Rusiya təyyarəsinin vurulmasınadək gedib çıxmazdı. Məsələ Türkiyənin nə üçün İŞİD-i deyil, Əsədi hədəfə götürməsini tənqid etməkdə deyil. Məsələ Suriyada varlığını ortaya qoymaq üçün atacağın addımlara legitimlik qazandırmaqdadır. Bunu edə bilməyən Ankara indi öz sərhədləri boyunca “kürd qurşağı”nın peyda olması gerçəkliyi ilə üz-üzə qalıb. Bu faktorun aradan qaldırmaq üçün Türkiyənin hərbi müdaxilədən başqa imkanı da yoxdur. Havadan dəstəklənməyən istənilən hərbi əməliyyat heç vaxt lazımi effekt verə bilməz. Ankara bu boşluğu Səudiyyə təyyarələri hesabına doldurmaq istəyir. Və nəhayət ki, Suriyaya hərbi müdaxilənin tək legitim yolunun İŞİD-ə qarşı mübarizə aparmaq olduğunu anlayır. İncirliyə enən Səudiyyə jetlərinin Suriyada İŞİD mövqelərinin bombalayacağı barədə açıqlamalar göstərir ki, Ankara hamının getdiyi yolu gec də getmək istəyir. Amma bu taktika istənilən nəticə verəcəkmi? Nəticəsiz də olmayacaq, çünki Suriya münaqişəsinin əvvəlki mərhələsindən fərqli olaraq indi İŞİD Türkiyə üçün artıq gizli müttəfiq deyil, açıq rəqibdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR