İrəvanda zəbt olunan polis binasının ətrafında kütləvi tədbirlərə qadağa qoyulub

İrəvanda zəbt olunan polis binasının ətrafında kütləvi tədbirlərə qadağa qoyulub
# 30 iyul 2016 19:57 (UTC +04:00)

Bakı-APA. İrəvanın Erebuni rayonunda silahlı qrup tərəfindən zəbt olunan polis binasının ətrafında kütləvi tədbirlərin keçirilməsinə qadağa qoyulub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İrəvan meriyasının mətbuat xidmətinin məlumatında bildirilir.

Qeyd edək ki, ötən gün İrəvanda polis binasını ələ keçirmiş silahlı qrupa dəstək aksiyası zamanı baş vermiş toqquşmalar zamanı 161 nəfər saxlanılıb, xəsarət almış 73 nəfər xəstəxanalara müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR