Gəncə-Göygöl yolunda avtomobil qəzasında xəsarət alanlardan biri keçinib- YENİLƏNİB-2

Gəncə-Göygöl yolunda avtomobil qəzasında xəsarət alanlardan biri keçinib- <span style="color: red;">YENİLƏNİB-2
# 26 may 2016 21:38 (UTC +04:00)

Gəncə. Azər Məmmdli – APA. Gəncə-Göygöl avtomobil yolunda baş verən qəzada xəsarət alanlardan biri keçinib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, 1994-cü il təvəllüdlü Azər Sadıqovu, həkimlərin səyinə baxmayaraq, xilas etmək mümkün olmayıb. Sürücü 1992-ci il təvəllüdlü Elmar Rzayevin vəziyyəti orta-ağırdır.

Qeyd edək ki, Gəncə-Göygöl avtomobil yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Hadisə yolun Qızılqaya qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. “Nissan” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb və maşn yolun kənarında olan maneəyə çırpılıb.

**** 21.37

Gəncə. Azər Məmmdli – APA. Gəncə-Göygöl avtomobil yolunda baş verən qəzada xəsarət alanların şəxsiyyəti məlum olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, xəsarət alanlar sürücü 1992-ci il təvəllüdlü Elmar Rzayev və sərnişin 1994-cü il təvəllüdlü Azər Sadıqovdur.

Xəsarət alanlardan sürücünün vəziyyəti orta-ağır, sərnişinin vəziyyəti isə ağır qiymətləndirilir.

****. 20.44

Gəncə. Azər Məmmədli – APA. Gəncə-Göygöl avtomobil yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun Qızılqaya qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. “Nissan” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb və maşn yolun kənarında olan maneəyə çırpılıb.

Qəza zamanı avtomobildə olan iki nəfər müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR