Kredit portfelinin 24%-i problemli olan "AGBank" I rübü iri zərərlə başa vurub

Kredit portfelinin 24%-i problemli olan "AGBank" I rübü iri zərərlə başa vurub
# 03 may 2016 09:54 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “AGBank” cari ilin I rübünün maliyyə göstəricilərini açıqlayıb.

APA-Economics” xəbər verir ki, 2015-ci ilin yanvar ayının 31-i ilə müqayisədə 2016-cı il aprelin 1-ə bankın cəmi aktivləri 0,5% artaraq 517,262 mln. manat təşkil edib.

Hesabat dövründə kredit portfeli 366,407 mln. manat təşkil edib ki, bu da 2,18% azalma deməkdir. Kredit portfelində vaxtı keçmiş kreditlərin həcmi isə 88,058 mln. manat təşkil edib. Bu isə ümumi kredit portfelinin 24%-i deməkdir.

Bankın öhdəlikləri isə 5,84% azalaraq 434,425 mln. manat olub.

Depozit portfeli hesabat dövründə 27,6% azalaraq 220,260 mln. manata enib. Əhalinin əmanətlərinin həcmi isə 157,522 mln. manat təşkil edib ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 34,1% azalma deməkdir.

Hesabat dövründə “AGBank”ın nizamnamə kapitalı 4 dəfə artaraq 101 mln. 503,102 min manat, məcmu kapitalı isə 54,8% artaraq 82 mln. 836,978 min manat təşkil edib.

Qeyd edək ki, “AGBank” cari ilin ilk rübünü 6 mln. 627 min 715,14 manat zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR