Bakıda təcili tibbi yardıma günvurma şikayəti ilə 61 müraciət daxil olub

Bakıda təcili tibbi yardıma günvurma şikayəti ilə 61 müraciət daxil olub
# 20 avqust 2016 09:17 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. İyun ayından bu günə kimi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə bağlı 61 nəfər müraciət edib.

Stansiyanın baş həkimi Rauf Nağıyev APA-ya bildirib ki, günvurma diaqnozu ilə müraciət edənlərdən 21 nəfəri xəstəxanaya yerləşdirilib. Baş həkim qeyd edib ki, günvurma ilə bağlı ölüm faktı qeydə alınmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR