Dövlət Gömrük Komitəsində Heydər Əliyevin 93 illiyi münasibətilə tədbir keçirilib

Dövlət Gömrük Komitəsində Heydər Əliyevin 93 illiyi münasibətilə tədbir keçirilib
# 04 may 2016 13:39 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics Bu gün Dövlət Gömrük Komitəsində (DGK) ümummilli lider Heydər Əliyevin anadan olmasının 93 illiyi ilə bağlı tədbir keçirilib.

"APA-Economics" xəbər verir ki, tədbiri giriş sözü ilə açan DGK sədri Aydın Əliyev bildirib ki, Heydər Əliyevin doğum günü ilə bağlı nəinki ölkə daxilində, eləcə də dünyanın müxtəlif yerlərində geniş tədbirlər keçiriləcək. Komitə sədri deyib ki, onun rəhbərlik etdiyi qurum da bununla bağlı Tədbirlər Planı hazırlayıb.

Ardınca A. Əliyev Heydər Əliyevlə bağlı xatirələrini tədbir iştirakçılarına çatdırmaq üçün ANS şirkətlər qrupunun rəhbəri Vahid Mustafayevə söz verib. V. Mustafayev Heydər Əliyevin jurnalistlərlə olan görüşündən, onun mətbuata münasibətindən danışıb.

Bundan sonra ANS TV-nin Heydər Əliyevlə bağlı arxiv materialları əsasında hazırlanmış videogörüntülər nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR