ABŞ-da atışma nəticəsində iki uşaq ölüb

ABŞ-da atışma nəticəsində iki uşaq ölüb
# 14 avqust 2016 04:34 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Missuri ştatının Kanzas Siti şəhərində atışma nəticəsində iki uşaq ölüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli “KCTV News” telekanalı məlumat yayıb.

İnsident nəticəsində 8 və 9 yaşlarında iki oğlan uşağı ölüb. Atışma zamanı həmçinin 16 yaşlı yeniyetmə qız xəsarət alıb.

Polis insidentin təfərrüatlarını araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR