Araz Mürsəliyev Rusiya Dövlət Dumasının komitə sədrinin köməkçisi təyin edilib

Araz Mürsəliyev Rusiya Dövlət Dumasının komitə sədrinin köməkçisi təyin edilib
# 03 fevral 2016 19:21 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Azərbaycanlı Rusiya Dövlət Dumasında deputat köməkçisi təyin olunub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Dövlət Dumasının millətlərlə iş üzrə komitəsinin sədri Hacimət Səfərəliyev "Xalqlar Dostluğu" xeyriyyə Fondunun prezidenti, Dövlət Dumasının millətlərlə iş üzrə komitəsinin ekspert şurasının üzvü Araz Mürsəliyevi öz köməkçisi təyin edib.

H. Səfərəliyev Araz Mürsəliyevin milli birlik sahəsində böyük iş təcrübəsinə malik olduğunu söyləyib. O, köməkçisinə ictimai təşkilatlarla, etnomədəni birliklərlə millətlərarası münasibətlərin harmonizasiyası məsələlərinə dair qarşılıqlı fəaliyyəti və əməkdaşlığı davam etdirməsini tapşırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR