Göytəpədə gənc sərhədçilərin andiçmə mərasimi keçirilib

Göytəpədə gənc sərhədçilərin andiçmə mərasimi keçirilib
# 28 fevral 2016 10:46 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev – APA. Fevralın 28-də Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən Dövlət Sərhəd Xidmətinin (DSX) Təlim-Tədris Mərkəzində gənc sərhədçilərin hərbi andiçmə mərasimi keçirilib.

APA-nın cənub bürosunun məlumatına görə, valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçən mərasim hərbi hissə komandiri, polkovnik Mehman Yusifovun DSX-nin şəxsi heyət üzrə baş idarənin rəisi, general - leytenant Azad Ələkbərova raportu ilə başlayıb.

A. Ələkbərov şəxsi heyəti salamladıqdan sonra Azərbaycanın Dövlət Himni oxunub və nizamla düzülən gənc əsgərlər Vətənə sədaqət andı içiblər. Daha sonra hərbi hissə komandiri M.Yusifov hərbi and içmələri münasibətilə gənc sərhədçiləri DSX-nin rəisi, general-polkovnik Elçin Quliyevin adından təbrik edib. Hərbi hissə komandiri çıxışında Azərbaycanda sərhəd qoşunlarının yaranma tarixindən, ölkə vətəndaşlarının təhlükəsizliyinin təmin olunmasında, qaçaqmalçılığa, narkotiklərin qanunsuz dövriyyəsinə, qeyri-leqal miqrasiyaya qarşı mübarizədə sərhədçilərin əvəzsiz xidmətindən söz açaraq, gənc əsgərlərə sərhədlərimizi göz bəbəyi kimi qorumağı tövsiyə edib.

Tədbir gənc sərhədçilərin hərbi marşın sədaları altında nizami addımlarla tribuna önündən keçməsi ilə başa çatıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR