Xələf Xələfov: "Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər"

Xələf Xələfov: "Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər"
# 28 aprel 2016 08:13 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə əməl etməklə mümkündür”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu sözləri Azərbaycan xarici işlər nazirinin müavinin Xələf Xələfov Pekində keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə deyib. O, Azərbaycanın münaqişənin sülh yolu ilə həlli prinsipinə sadiq olduğunu bildirib: “Beynəlxalq ictimaiyyətin beynəlxalq hüquqa ciddi şəkildə əməl edilməsi və münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməsində təkid etməsi vacibdir”.

X. Xələfov Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq sülh və təhlükəsizliyə təhdid olduğunu söyləyib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR