MSK Tural Abbaslının şikayətini əsassız sayıb

MSK Tural Abbaslının şikayətini əsassız sayıb
# 17 noyabr 2015 14:48 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar 21 saylı Nəsimi Birinci Seçki Dairəsində deputatlığa namizədliyi Müsavat Partiyasının üzvü kimi qeydə alınmış Tural Abbaslının müraciətinə baxılıb.

APA-nın məlumatına görə, MSK üzvü Bəxşeyiş Əsgərov bildirib ki, T. Abbaslı şikayətində 21 saylı Nəsimi Birinci Seçki Dairəsində səsvermənin nəticələrinin ləğv edilməsini xahiş edib.

Bildirilib ki, T. Abbasının şikayətindəki iddialar təsdiqini tapmayıb.

MSK T.Abbaslının şikayətinin əsassız sayılması barədə qərar qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR