GÜNÜN ŞƏRHİ
İranda sabitlik pozulub... Səbəb ölkənin sayca çoxluq təşkil edən toplumunun - türklərin dövlət televiziyasında təhqir edilməsidir... Bu hal əvvəllər də təkrarlanıb və türklərin haqlı qəzəbinə və iğtişaşlara səbəb olub... Kimin haqlı olduğunu müzakirə etməkdən uzağıq, bunu müzakirə etmək belə artıqdır... Məsələ başqadır - indiki dövrdə İranda stabilliyin pozulması kimin marağına daha çox cavab verir...? ABŞ-İran yaxınlaşmasından narahatlıq keçirən Rusiyanın...? Yoxsa, İrana qarşı sanksiyaların qaldırılmasına sərt etiraz edən İsrailin...? Yaxud, İranın təcriddən qurtarmasını öz maraqlarına ciddi təhlükə hesab edən Səudiyyə Ərəbistanının...? Bəlkə, nüvə sazişinə dair razılaşmaya etiraz edən İrandakı siyasi qüvvələrin...? Yaxud da İrana qarşı sanksiyaların qaldırılmasını ciddi səhv kimi qəbul edən Amerikadakı siyasi qüvvələrin...? Maraqlı tərəflər çoxdur və bu maraqlı tərəflər İranı çalxalamaq üçün hansı damara basmaq lazım olduğunu çox yaxşı bilirlər... Bu damar - türk faktorudur... Türklərin İrandakı maraqları heç zaman keç kimin eyninə olmayıb, bu faktora yalnız İrana qarşı təzyiqə ehtiyac duyulanda önəm verilib... Elə indiki kimi...
Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 10 Noyabr - VİDEO
10 noyabr 2015 17:13 (UTC +04:00)
Hadisə
Xaçmazda məktəbli bıçaqlanıb
12:04
4 iyun 2024
Tovuzda avtomobillə Kürə düşən şəxslərin axtarışları davam edir - VİDEO
11:53
4 iyun 2024
FHN: Ötən sutka 70 yanğına çıxış olub, 18 nəfər xilas edilib
11:36
4 iyun 2024
“Tik-Tok”da dələduzluğa görə saxlanılan şəxsin digər əməlləri də ortaya çıxıb
11:30
4 iyun 2024