Dövlət hesabına müalicə olunan şəkərli diabet xəstələrinin sayı açıqlanıb

Dövlət hesabına müalicə olunan şəkərli diabet xəstələrinin sayı açıqlanıb
# 29 fevral 2016 09:58 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Şəkərli Diabet üzrə “2016-2020-ci illər üçün Dövlət Proqramı” çərçivəsində həmin illər üzrə Səhiyyə Nazirliyinin təsdiqlədiyi “Tədbirlər Planı” da bir sıra tədbirlər nəzərdə tutulub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbirlər sırasına şəkərli diabet xəstələrinin vahid elektron registrinin və məlumat bazasının təkmilləşdirilməsi, dərman preparatları və özünənəzarət vasitələrlə təmin olunmasının monitorinqinin təmini məqsədilə kompüter proqramının təkmilləşdirilməsi, şəkərli diabetin fəsadlarının profilaktikası məqsədi ilə tibb müəssisələrində təlim məktəbləri şəbəkəsinin genişləndirilməsi, şəkərli diabet xəstələrinin insulin və digər şəkərsalıcı dərman preparatları, özünənəzarət vasitələri ilə davamlı təmin edilməsi, pompa ilə təmin edilmiş uşaqların monitorinqi və ləvazimatlarla təminatı daxildir.

Bildirilib ki, eyni zamanda, şəkərli diabet xəstəliyinin kompensasiya mərhələsinin müəyyən edilməsi məqsədi ilə tibb müəssisələrinin qlükozalaşmış hemoqlobinin təyini üçün avadanlıq və reaktivlərlə təmin edilməsi, şəkərli diabetin diaqnostikası və müalicəsi üzrə klinik protokolların hazırlanması və tətbiqi, “Diabetik pəncə” kabinetlərinin bölgələrdə yaradılması, şəkərli diabetə düçar olmuş uşaq və gənclər üçün yay düşərgələrinin təşkili, onların tibb işçiləri və tibbi ləvazimatla təmin edilməsi, şəkərli diabetin profilaktikası, diaqnostikası və müalicəsi üzrə mütəxəssislərin hazırlanması, bölgələrdə şəkərli diabetin fəsadlarının profilaktikası və müalicəsinə həsr olunmuş konfransların keçirilməsi (endokrinoloqlar, cərrahlar, oftalmoloqlar, nevropotoloqlar, ginekoloqların iştirakı ilə), şəkərli diabetin profilaktikası, diaqnostikası və müalicəsi üzrə mütəxəssislərin hazırlanması, şəkərli diabetlə mübarizə üzrə mütəxəssislərin beynəlxalq konqres, konfrans və simpoziumlarda iştirakını təşkil etmək də buraya daxildir.

Qeyd olunub ki, ilkin səhiyyə xidməti müəssisələrində çalışan tibb işçiləri üçün şəkərli diabetin aşkarlanması və müalicəsi üzrə treninqlərin təşkil etmək və bu xəstəliyin profilaktikasına dair populyar ədəbiyyatın, bukletlərin, vərəqlərin, plakatların çapını və KİV vasitəsi ilə şəkərli diabetin profilaktikasına dair məlumatların verilməsi və s. bu kimi tədbirlər nəzərdə tutulub: “Hazırda 208 mindən çox şəkərli diabet xəstəsi, daim dövlət hesabına dərman və özünənəzarət vasitələri ilə təmin olunur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR