Vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılan vergi ödəyicilərinin adları açıqlanıb

Vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılan vergi ödəyicilərinin adları açıqlanıb
# 26 iyul 2016 09:08 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılan fiziki və hüquqi şəxslərin adlarını açıqlayıb.

APA-Economics”in məlumatına görə, nazirliyin saytında yerləşdirilən cədvəldə bu ilin 25 iyul tarixinə vergidən yayınan 283 fiziki və 313 hüquqi şəxsin icra orqanı rəhbərlərinin adı qeyd olunub.

Qeyd edək ki, Vergilər Nazirliyi siyahıda qeyd olunan fiziki və hüquqi şəxslərin vergi borcunun məbləğini açıqlamayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR