Göyçayda evə basqın edən maskalı şəxslərdən digər iki nəfərin kimliyi müəyyənləşib

Göyçayda evə basqın edən maskalı şəxslərdən digər iki nəfərin kimliyi müəyyənləşib
# 03 dekabr 2015 10:27 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Göyçayda quldurluq edən şəxslər tutulub.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, dekabrın 1-də Göyçay şəhərində yaşayan Fərzalı Hacıyevin evinə girən 3 maskalı şəxs arvadı Rəxşəndəni və oğlu Fərhadı döyüb, bıçaqla hədələyib oradan 100 manat və qızıl əşyalar aparıblar.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətmiş Bərdə rayon sakini Səxavət Mehdiyevin idarə etdiyi “Opel” markalı avtomobil Qobustan rayonu ərazisində YPXA-nın əməkdaşları tərəfindən saxlanılıb, S.Mehdiyev və sərnişini, Şərur rayon sakini Orxan İsmayılov polis şöbəsinə təhvil veriliblər.

Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların hadisəni Tərtər rayon sakini Emin Əliyev və Bakı şəhər sakini Eltac Şəmiyevlə birgə törətmələri müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR