Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılıb

Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılıb
# 26 fevral 2016 13:23 (UTC +04:00)

Bakı – APA. Bu gün Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, kubok uğrunda mübarizəni davam etdirən 16 komanda növbəti rəqiblərini tanıyıb.

İsveçrənin Nyon şəhərindəki tədbirdə “kor püşk” atılıb. Belə ki, artıq 1/8 finaldan başlayaraq komandalar reytinqinə görə səbətlərə bölünmür. Artıq eyni ölkə təmsilçiləri və bir qrupdan çıxan komandaların mübarizə aparması da mümkün olacaq.

Bugünkü püşk 10 ölkə təmsilçilərinin iştirakı ilə keçirilib. İspaniyanın 4, İngiltərənin 3, Almaniyanın 2, digər 7 ölkənin hərəyə 1 komandasının çıxış edəcəyi raundda Türkiyə “Fənərbaxça” ilə təmsil olunub.

İstanbul klubu gələn ay keçiriləcək raundda “Braqa” ilə qarşılaşacaq. Qonşu ölkə təmsilçisi martın 10-da evdə, 17-də isə Portuqaliyada qüvvəsini sınayacaq. Püşk bu mərhələdə iki İspaniya klubunu – “Atletik”lə “Valensiya”nı da üz-üzə qoyub. İngiltərənin iki ən titullu klubu "Liverpul"la "Mançester Yunayted" də 1/8 finalda qarşılaşacaq.

Avropa Liqası

1/8 final

(10-17 mart)

"Şaxtyor" (Ukrayna) - "Anderlext" (Belçika)

"Bazel" (İsveçrə) - "Sevilya" (İspaniya)
"Vilyarreal" (İspaniya) - "Bayer" (Almaniya)

"Atletik" (İspaniya) - "Valensiya" (İspaniya)

"Liverpul" (İngiltərə) - "Mançester Yunayted" (İngiltərə)
"Sparta" (Çexiya) - "Latsio" (Italiya)
"Borussiya" (Dortmund, Almaniya) - "Tottenhem" (İngiltərə)
"Fənərbaxça" (Türkiyə) - "Braqa" (Portuqlaiya)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR