Türkiyə polisi Tusk və Merkelin səfəri öncəsi antiterror reydi keçirib, altı şəxs saxlanılıb

Türkiyə polisi Tusk və Merkelin səfəri öncəsi antiterror reydi keçirib, altı şəxs saxlanılıb
# 23 aprel 2016 14:28 (UTC +04:00)

Bakı - APA. Türkiyə polisinin Konya şəhərində keçirdiyi antiterror əməliyyatı çərçivəsində altı əcnəbi saxlanılıb. APA-nın "Hurriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, həbslər İŞİD terror qruplaşmasının tərəfdarlarına qarşı təşkil olunan reydlər çərçivəsində baş tutub.

Maraqlıdır ki, həbslər Almaniya kansleri Angela Merkel və Avropa İttifaqı Şurasının sədri Donald Tuskun Türkiyənin Qaziantep vilayətinə baş tutacaq səfərindən bir neçə saat öncə həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR