Gürcüstanda çayda Ermənistan vətəndaşının meyiti tapılıb

Gürcüstanda çayda Ermənistan vətəndaşının meyiti tapılıb
# 16 may 2016 13:15 (UTC +04:00)

Bakı – APA. Gürcüstanda Ermənistan vətəndaşının meyiti tapılıb.

APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, meyit Kvemo-Kartli bölgəsində (Qaçağan kəndi yaxınlığında) Kür çayında aşkarlanıb.

Ermənistanın “tert.am” saytının Ermənistan Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərdə isə deyilir ki, ölkədə mayın 2-dən itkin düşmüş 1960-cı il təvəllüdlü vətəndaşın axtarışları aparılıb. Yaxın vaxtlarda Gürcüstan hüquq-mühafizə orqanlarının əməkdaşları meyiti qarşı tərəfə təhvil verəcəklər.

Faktla bağlı Gürcüstanda cinayət işi açılmayıb. Məsələ ilə bağlı Ermənistan hüquq-mühafizə orqanları araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR