Azərbaycan millisi FİFA reytinqində 4 pillə irəliləyib

Azərbaycan millisi FİFA reytinqində 4 pillə irəliləyib
# 03 mart 2016 10:04 (UTC +04:00)

Bakı – APA. Bu gün milli komandaların FİFA reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması siyahıda 112-ci yerdə qərarlaşıb.

Xal hesabını 296-dan 300-ə çatdıran Robert Prosineçkinin yetirmələri heç bir rəsmi matça çıxmadan 4 pillə irəliləyib.

Yığmamızın irəliləməsinin səbəblərindən biri Çadın 14, Fələstinin 7 pillə geriləməsidi. Komandamızın 4 xal qazanması sayəsində 1 addım irəliləyən Aruba ilə Türkmənistanı keçmək üçün də yetərli olub.

Millimiz və “qonşuları”
107 (105). Liviya - 319

108 (109). Niger - 312

109 (111). Anqola - 306

110 (112). Mərkəzi Afrika Respublikası – 302

110 (108). Nikaraqua - 302

112 (116). AZƏRBAYCAN – 300

113 (114). Aruba - 298

113 (114). Türkmənistan - 298

115 (117). Syerra-Leone – 297

116 (123). Ermənistan – 296

117 (110). Fələstin - 290

Dünyanın ən güclü 10 komandasının mövqeyində heç bir dəyişiklik olmayıb. Planetin nəhəngləri xal hesablarını dəyişsələr də, öz yerlərində qalıb.

İlk “onluq”

1 (1). Belçika – 1506

2 (2). Argentina – 1457

3 (3). İspaniya - 1374

4 (4). Almaniya – 1355

5 (5). Çili – 1307

6 (6). Braziliya – 1254

7 (7). Portuqaliya – 1234

8 (8). Kolumbiya – 1215

9 (9). İngiltərə - 1112

10 (10). Avstriya – 1095

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən Almaniya, Çexiya və San-Marinonun yeri dəyişməz qalıb. Şimali İrlandiya 1 pillə irəliləyibsə, Norveç mövqeyini əldən verib, 1 addım geriləyib.

DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu

4 (4). Almaniya – 1355

25 (25). Çexiya - 861

28 (29). Şimali İrlandiya - 833

51 (50). Norveç - 594

198 (198). San-Marino – 28

Martın 26-da millimizlə yoxlama oyunu keçirəcək Qazaxıstan isə 6 pilləlik sıçrayışa nail olub. Hesabını 10 xal artırıb, 276-ya çatdıran rəqibimiz 125-ci yerə qalxıb.


Qeyd edək ki, qonşu Türkiyə yığması 943 xalla siyahıda 20-ci yerdə qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR