SOCAR Supsa limanından xam neftin ixracını 30%-dən çox azaldıb

SOCAR Supsa limanından xam neftin ixracını 30%-dən çox azaldıb
# 02 may 2016 16:07 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR bu ilin aprel ayında Supsa limanından 176 598 ton xam neft ixrac edib. SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, bu, ötən ilin aprel ayı ilə müqayisədə 30,52% azdır.

Ümumilikdə, bu ilin yanvar-aprel ayları ərzində Supsa limanından 776 198 ton xam neft ixrac edilib. Bu, 2015-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 23,63% azdır.

Qeyd edək ki, Kulevi terminalından isə 14 946 ton xam neft ixrac edilib.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR