Tələt Paşa Komitəsinin nümayəndə heyəti Bundestaqa etiraz etmək üçün Berlinə gedib

Tələt Paşa Komitəsinin nümayəndə heyəti Bundestaqa etiraz etmək üçün Berlinə gedib
# 28 may 2016 11:42 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. Uydurma “erməni soyqırımı” iddialarına qarşı dünya miqyasında mübarizə aparan Tələt Paşa Komitəsinin nümayəndə heyəti iyunun 2-də “soyqırım” qərarını müzakirə etməyə hazırlaşan Almaniya Bundestaqanın qarşısında etiraz aksiyası keçirmək üçün bu gün Berlinə yollanıb.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, Türk Hava Yollarından icarəyə götürülən təyyarə ilə yerli vaxtla saat 11-də İstanbuldan Berlinə uçan heyətdə 160 nəfər var.

İstanbul aeroportu VİP salonunun qarşısında mediaya açıqlama verən Vətən Partiyasının sədri Doğu Perinçək bildirib ki, Avropa İnsan Haqları Məhkəməsi Böyük Palatasının 28 yanvar 2015-ci ildə qəbul etdiyi qərardan sonra Avropa Şurasına üzv ölkələrin parlamentlərinin qəbul etdikləri “erməni soyqırımı” qərarları qüvvədən düşüb: “Siyasi dünyagörüşündən asılı olmayaraq, Avropadakı türk təşkilatlarının hamısının bu gün saat 16-da Bundestaqın qabağında olmasını gözləyirik. Biz Bundestaqa AİHM qərarlarını xatırladaraq deyəcəyik ki, belə bir qərar qəbul etməyə səlahiyyətiniz yoxdur. Alman-türk dostluğu baxımından belə bir qanunun qəbul edilməyəcəyinə inanırıq”.

APA-nın “22 yanvar 2006-cı ildə Tələt Paşa Komitəsi yaradılandan sonra ilk mitinqlərinizi Berlində keçirmişdiniz. Ancaq daha sonra Avropanın qurumları sizə təzyiq göstərdilər, hətta Avropa Parlamenti Türkiyə hökumətinə məktub yazaraq Tələt Paşa Komitəsinin ləğvini tələb etdi. Bu dəfə də eyni təzyiqlərin meydana çıxmasına ehtimal verirsinizmi?” - sualına D. Perinçək belə cavab verib:

“Xeyr, əfəndim. Bunlar bitmişdir. AİHM-in 2-ci palatası və daha sonra Böyük Palatasının qəbul etdiyi qərarlardan sonra bizə Qərbdən edilən hücumlar yerlə bir olub. Bu həyasız hücum geri püskürdülüb. Yəni, Qərbdən Türkiyəyə gələn “erməni soyqırımı”nı tanıyacaqsınız” şəklindəki həyasız basqı rədd edilib. Artıq əlimizdə AİHM-in qərarı var. Biz də Almaniyanın gözünə o qərarı dirəyəcəyik”.

D. Perinçək Türk Hava Yollarından təyyarə icarəyə götürmələrinə bəzi iş adamlarının maddi dəstək verdiklərini söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR