Azərbaycanlı zəvvarların ilk qrupu Vətənə dönüb

Azərbaycanlı zəvvarların ilk qrupu Vətənə dönüb
# 19 sentyabr 2016 14:40 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycandan bu il Həcc ziyarətində olmuş zəvvarların ilk qrupu bu gün Vətənə dönüb. APA-nın məlumatına görə, ilk qrupu gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

Bu gün daha bir təyyarə reysinin yerinə yetirilməsi gözlənilir. Digər reyslər isə sabah və növbəti günə nəzərdə tutulur.

Qeyd edək ki, bu il sentyabrın 2-dən azərbaycanlı zəvvarların Həccə səfəri başlayıb. Bu il ilk dəfə olaraq azərbaycanlı zəvvarlar Həccə yalnız biometrik pasportla gediblər. Bu il Azərbaycandan gedən zəvvarlar üçün say limiti ötən ilkindən az - 1500 nəfər müəyyənləşsə də, sonradan bu rəqəm daha da azaldılaraq 1040-a endirilib, daha sonra isə 1050-ə qaldırılıb. Ziyarət zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təminat, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 4500 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlarda qalmaq isə 3500 dollardır. Ötən il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub. Ötən il Həcc ziyarəti kütləvi insan ölümü ilə nəticələnən hadisələrin baş verməsi ilə də yadda qalıb. Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulunu yalnız QMİ aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR