UNEC-da yeni dekan kollektivə təqdim olunub

UNEC-da yeni dekan kollektivə təqdim olunub
# 21 aprel 2016 16:28 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov Maliyyə və mühasibat fakültəsinin yeni seçilən dekanı Gəray Musayevi kollektivə təqdim edib.

UNEC-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rektor bildirib ki, G. Musayev 2014-cü ildən UNEC-in Distant, qiyabi və əlavə təhsil mərkəzinin direktoru vəzifəsində çalışır.

UNEC-in ən böyük fakültəsi olan Maliyyə və mühasibat fakültəsində görüləcək işlərdən danışan rektor bildirib ki, fakültə dərslərin təşkili və keyfiyyəti baxımından tək Azərbaycanda yox, regionda da diqqət çəkən fakültələrdən biri olacaq.


Daha sonra Ə. Muradov fakültənin kafedra müdirləri ilə görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR