Bakıda 176 müəllim yerdəyişmə üzrə müsabiqənin müsahibə mərhələsində iştirak edəcək

Bakıda 176 müəllim yerdəyişmə üzrə müsabiqənin müsahibə mərhələsində iştirak edəcək
# 18 may 2016 15:06 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bakıda müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin növbəti – müsahibə mərhələsi keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən xəbərə görə, ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə (daimi əsaslarla) işləyən müəllimlərin yerdəyişməsi üzrə may ayında 3 (üç) mərhələli (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) müsabiqə yekunlaşmaq üzrədir. Müsabiqədə iştirak etmək istəyən 393 müəllim 3–10 may tarixlərdə miq.edu.az/baku/ internet ünvanı vasitəsilə elektron qaydada müvafiq ərizə formasını doldurmaqla qeydiyyatdan keçib və mayın 12-dək müvafiq sənədləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təqdim ediblər. Müsabiqənin birinci – elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi mərhələsində daxil olan elektron ərizələrin və təqdim edilən sənədlərin təhlili aparılaraq onlardan 297 nəfəri müsabiqənin növbəti - test imtahanı mərhələsinə buraxılıblar.

Müsabiqənin ikinci – test imtahanı mərhələsi mayın 14-də saat 09:00 və 11:00-da Azərbaycan Dövlət İqtisad Universitetinin II Tədris binasında təşkil edilib. Test imtahanında 288 nəfər iştirak edib. Test imtahanının nəticələrinə əsasən 176 nəfər müsabiqənin növbəti – müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.

Müsabiqənin üçüncü – müsahibə mərhələsi mayın 19-da saat 14:00 və 15:30-da Bakı şəhəri 42 nömrəli tam orta məktəbdə təşkil ediləcək. Müsabiqənin üçüncü (müsahibə) mərhələsinin vaxtı və yeri barədə məlumat iştirakçıların (www.miq.edu.az/baku/ internet ünvanı vasitəsilə elektron qaydada müvafiq ərizə formasını doldurmaqla qeydiyyatdan keçmiş şəxslərin) şəxsi səhifəsində yerləşdirilib, eyni zamanda, onların qeydiyyata alınmış mobil əlaqə nömrələrinə SMS vasitəsilə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR