İsrail raket atəşinə cavab olaraq Qəzza zolağına hava zərbələri endirib

İsrail raket atəşinə cavab olaraq Qəzza zolağına hava zərbələri endirib
# 24 noyabr 2015 01:32 (UTC +04:00)

Bakı-APA. İsrail Hərbi-Hava Qüvvələrinə məxsus təyyarələr fələstinlilərin atəşinə cavab olaraq Qəzza zolağına zərbələr endirib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl Qəzza zolağından İsrailin cənub ərazisinə raket zərbəsi endirilib.

Raket zərbəsinə İsrailin cənubundakı Eşkol regional şurasının ərazisi məruz qalıb. İsrail tərəfi zərərçəkənlərin olmadığını bildirir. "Haaretz" qəzetinin məlumatına görə, İsrail aviasiyası Qəzza zolağında HƏMAS qruplaşmasına məxsus düşərgəyə hava zərbələri endirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR