Bakıda binanın elektrik sayğacları yanıb

Bakıda binanın elektrik sayğacları yanıb
# 28 avqust 2016 21:08 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Xətai rayonunda çox mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində 12 ədəd elektrik sayğacı yanıb.

Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 19:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR