ABŞ vətəndaşı həyat yoldaşını və dörd qızını öldürüb

ABŞ vətəndaşı həyat yoldaşını və dörd qızını öldürüb
# 13 iyun 2016 12:03 (UTC +04:00)

Bakı - APA. ABŞ-ın Nyu-Meksiko ştatında Xuan Devid Vileqas-Ernandes adlı şəxs həyat yoldaşını və 4 qızını güllələyib.

APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, yerli polis açıqlamasında bildirib ki, o, ailə üzvlərini öldürdüyü anı videoya çəkib.

Ölənlərin meyitini onlara baş çəkməyə gələn qohumları aşkar edib. Qətli törətməkdə şübhəli bilinən şəxsin həyat yoldaşının 34, qızlarının 3, 7, 11 və 14 yaşı olub.

Qatil hadisəni törədəndən sonra avtomobillə naməlum istiqamətə gedib. Polis hazırda onun axtarışlarını davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR