“Aktiv Analar Klubu” fəaliyyətinin iki illiyini qeyd edib

“Aktiv Analar Klubu” fəaliyyətinin iki illiyini qeyd edib
# 05 fevral 2016 10:16 (UTC +04:00)

Bakı - APA. Azərbaycanda fəaliyyət göstərən “Active Mom's Club(“Aktiv Analar Klubu”) fəaliyyətinin iki illiyini qeyd edib.

APA-nın məlumatına görə, bu münasibətlə keçirilən “Qış ortasında bahar bayramı” adlı gecədə qeyd olunub ki, klub daxilində keçirilən görüşlər təkcə maraqları üst-üstə düşən gənc anaların ünsiyyəti demək deyil, həm də inkişaf etmək, öz üzərində işləmək, ailədaxili münasibətləri öyrənmək üçün də fürsətdir.

Klubun ikinci ildönümündə 50-yə yaxın ana iştirak edib. Onlar arasında klubun aktiv üzvləri ilə yanaşı, fəal ana olan fəxri qonaqlar da olub. Qonaqlardan biznes təlimçisi, psixoterapevt Həlimə Qəmərlinskaya “Stress-menecment” mövzusunda çıxış edib. O, stressin fizioloji nəticələrindən, həmçinin, profilaktikasından bəhs edib. Təlimçi gecə iştirakçılarına daimi stress və gərginlikdən uzaq duraraq, iş və uşaqların tərbiyəsi ilə paralel olaraq məşğul olmağa dair praktik məsləhətlər verib.

Gecənin davamında Rus Dram Teatrının aktyorları anaların gündəlik həyatda davranışlarını göstərən gülməli səhnəciklərlə çıxış ediblər.

Gecədə çıxış edən birliyin təsisçisi Ruhiyyə Əşrəfli ötən il ərzində görülən işlərdən söz açıb.

Qonaqlar klubun 2015-ci ildəki fəaliyyətini əks etdirən videoroliklə də tanış olublar.

Gecənin davamında 20 anaya “pro aktiv ana” sertifikatı, həmçinin, klub kartı təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR