Bakıda İ. M. Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin filialının açılışı olub

Bakıda İ. M. Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin filialının açılışı olub
# 15 sentyabr 2015 10:35 (UTC +04:00)

APA-nın məlumatına görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.

Filialın rəmzi açılışını bildirən lent kəsildikdən sonra M. Əliyeva, Rusiya Federasiyasının səhiyyə naziri Veronika Skvortsova, I Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko, Azərbaycanın hökumət və ictimaiyyət nümayəndələri filialda yaradılan şəraitlə tanış olublar.

Sonra filialın ilk tələbələri və müəllimləri ilə görüş keçirilib. Görüşdə Azərbaycanın birinci xanımı çıxış edib.

Rusiyanın nüfuzlu universitetinin Bakı filialında ilk tədris ilində 100 azərbaycanlı tələbə müalicə işi ixtisası üzrə təhsil alacaq. I Moskva Dövlət Tibb Universiteti Bakı filialının kadrlarla təminatına və tədris prosesinin təşkilinə dəstək göstərəcək. Tədris əsasən universitetin professor-müəllim heyəti tərəfindən yeni nəsil Rusiya dövlət təhsil standartlarına uyğun aparılacaq. Eyni zamanda, tədris prosesinə dünyada tanınmış rusiyalı alimlər cəlb olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR