Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, noyabrın 12-i saat 02:20 radələrində, Nərimanov rayonu Təbriz küçəsində Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Emil Həsənli idarə etdiyi «Lexus» markalı avtomobillə Cəlilabad rayon sakini, 1930-cu il təvəllüdlü Yaqub Qasımovu vurub. Nəticədə o, xəsarətlə xəstəxanaya yerləşdirilib və orada ölüb.
Faktla bağlı araşdırma aparılır.