Şamaxıda avtomobil piyadanı vuraraq hadisə yerindən qaçıb

Şamaxıda avtomobil piyadanı vuraraq hadisə yerindən qaçıb
# 19 oktyabr 2015 21:22 (UTC +04:00)

APA-nın yerli bürosunun xəbərinə görə hadisə oktyabrın 19-da axşam saat 22:00 radələrində rayonun Quşçu kəndində qeydə alınıb.

Naməlum sürücünün idarə etdiyi minik avtomobili sürətlə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarındakı piyadanı, Quşçu kənd sakini 1984-cü il təvəllüdlü Hacıyev Habil Seyidağa oğlunu vurub. Sürücü yaralını köməksiz vəziyyətdə qoyaraq hadisə yerindən qaçıb. Kənd sakinlərinin köməyi ilə Habil Hacıyev təcili olaraq Şamaxı Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyəti hələ ki, ağırdır. Hadisə törədən sürücünün tapılaraq istintaqa təhvil verilməsi üçün hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən axtarış tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR