Ukraynada Xocalı soyqırımı digər etnik xalqlarlə birgə yad edilib

Ukraynada Xocalı soyqırımı digər etnik xalqlarlə birgə yad edilib
# 26 fevral 2016 13:21 (UTC +04:00)

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən (BUAK) verilən məlumata görə, paytaxt Kiyevdə Ukrayna Azərbaycanlıları Gənclər Birliyi tərəfindən soyqırımının 24-cü ildönümü ilə bağlı hazırlanan videoçarxda Xocalıda ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilən uşaqların dilindən ifadələr səsləndirilib, qətliamın dəhşətləri fərqli formada təqdim edilib.

Dnepropetrovsk şəhərində isə “Ukrayna-Azərbaycan” Gənclər Birliyi BUAK ilə birgə vilayətdə yaşayan digər etnik xalqları təmsil edən təşkilatların nümayəndələri ilə birgə anım mərasimi keçirilib. Tədbirdə eyni zamanda şəhər meriyası və şurasının rəsmiləri, deputatlar da iştirak edib. Birliyin sədri Zəminə Bayramova Xocalı soyqırımı barədə məlumat verib, videogörüntülər təqdim edilib. Ermənistan prezidenti Serj Sarkisyanın britaniyalı jurnalist Tomas de Vala müsahibəsində “Xocalıya qədər azərbaycanlılar elə düşünürdü ki, biz zarafat edirdik, mülki əhaliyə əl qaldıra bilmərik. Amma biz Xocalıda bu stereotipi qırdıq” etirafı iştirakçıların diqqətinə çatdırılıb.

Lvov şəhərində də vilayət üzrə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi tərəfindən digər etnik xalqların və yerli rəsmilərin iştirakı ilə Xocalı soyqırımı anılıb. Konqresin sədri Teymur Məmmədov yerli rəsmilərə və etnik xalqların nümayəndələrin soyqırımı barədə məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR