Nazir Şahin Mustafayev Dağıstanın baş naziri ilə kənd təsərrüfatı məhsullarının daşınmasında yaranan problemi müzakirə edib

Nazir Şahin Mustafayev Dağıstanın baş naziri ilə kənd təsərrüfatı məhsullarının daşınmasında yaranan problemi müzakirə edib
# 24 noyabr 2015 19:12 (UTC +04:00)

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyevin “APA-Economics”ə verdiyi məlumata görə, tərəflər noyabr ayının 14-dən etibarən kənd təsərrüfatı məhsullarının Rusiya ərazisində daşınmasında yaranmış problemi müzakirə edib.

"Dağıstan tərəfi bildirib ki, problem ən qısa zamanda həllini tapacaq. Bundan başqa, noyabrın 26-da iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti Dağıstana səfər edəcək. Səfər çərçivəsində bu cür problemlərlə bir daha üzləşməməyin yolları müzakirə olunacaq", - deyə A. Əliyev bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR