Tiflisdə Rəşid Behbudovun 100 illiyinə həsr olunmuş yubiley axşamı keçiriləcək

Tiflisdə Rəşid Behbudovun 100 illiyinə həsr olunmuş yubiley axşamı keçiriləcək
# 17 sentyabr 2016 21:38 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Sentyabrın 27-də Gürcüstan paytaxtındakı Vano Saracişvili adına Dövlət Konservatoriyasının zalında Azərbaycanın dünya şöhrətli müğənnisi Rəşid Behbudovun 100 illiyinə həsr olunmuş yubiley axşamı keçiriləcək.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Tiflisdə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyeva bildirib.

Onun sözlərinə görə, tədbir Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin və Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutacaq: “Yubiley axşamına Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin, Azərbaycanın Gürcüstandakı səfirliyinin rəsmi şəxsləri, Gürcüstanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri, Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstandakı nümayəndəliyinin rəsmiləri və Gürcüstan və Azərbaycan mədəniyyət xadimləri və jurnalistlər dəvət olunacaq”, - L. Əliyeva qeyd edib.

L. Əliyeva bildirib ki, görkəmli müğənninin yubiley axşamında Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayevin iştirakı da gözlənilir.

Qeyd edək ki, Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə xanəndə Məcid Behbudalı oğlunun ailəsində dünyaya gəlib və 1989-cu il iyunun 9-da vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR