Azərbaycanda qan tədarükü 4 dəfə artıb

Azərbaycanda qan tədarükü 4 dəfə artıb
# 24 may 2016 10:19 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “6 il ərzində Azərbaycanda qanın tədarükü təxminən 4 dəfə artıb”. APA-nın xəbərinə görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev elektron tibbin multidissiplinar problemlərinə həsr olunmuş konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, 7 il əvvəl ölkədə 7,5 ton qan tədarük olunurdusa, indi 30 tondan artıq qan tədarük olunur: “Qan bankının informasiya sistemi vasitəsilə donorların, qan xidmətinin işinə mərkəzdən nəzarət etmək imkanımız var. İnformasiya sitemlərinin tətbiqi isə statistik rəqəmləri dəqiqləşdirə bilməyimizə imkan verir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR