Biləsuvarda həmkəndlisini bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub

Biləsuvarda həmkəndlisini bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub
# 15 sentyabr 2015 10:26 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Biləsuvarda həmkəndlisini bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 14-də Biləsuvar rayonunun Çinarlı kəndində kənd sakini Kamil Nəsirov münaqişə zəminində həmkəndlisi Tural Şahbazova bıçaqla xəsarət yetirib.

Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində K. Nəsirov tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR