SOCAR ötən ay ixrac etdiyi neft məhsullarının həcmini və qiymətini açıqlayıb

SOCAR ötən ay ixrac etdiyi neft məhsullarının həcmini və qiymətini açıqlayıb
# 01 iyun 2016 17:17 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. SOCAR bu ilin may ayında ixrac etdiyi neft məhsullarının həcmini və qiymətini açıqlayıb.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi may ayında 73 475 ton dizel yanacağı, 23 960 ton təyyarə yanacağı, 2 121 ton soba mazutu, 7 519 ton yüksək təzyiqli polietilen, 1 047 ton mütləqləşdirilmiş izopropil spirti, 6 687 ton maye piroliz qətranı, 5 453 ton propilen və 2 964 ton butilen butadien fraksiyası ixrac edib.

Ümumilikdə, bu ilin yanvar-may ayları ərzində 355 406 ton dizel yanacağı, 113 580 ton təyyarə yanacağı, 2 298 ton soba mazutu, 40 360 yüksək təzyiqli polietilen, 6 133 ton mütləqləşdirilmiş izopropil spirti, 28 342 ton maye piroliz qətranı, 21 146 ton propilen və 6 684 ton butilen butadien fraksiyası ixrac edilib.

Bu ilin may ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 496,61 ABŞ dolları, təyyarə yanacağının - 428,80 dollar, dizel yanacağının - 411,66 dollar, 1% kükürdlü mazutun qiyməti 215,38 dollar, yüksək təzyiqli polietilenin - 1182,50 dollar, butilen butadien fraksiyasının - 447,58 dollar, maye piroliz qətranının - 496,61 dollar, propilenin qiyməti - 635,00 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti - 748,75 avro təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR