Bakı Fond Birjasının dövriyyəsi azalmaqda davam edir

Bakı Fond Birjasının dövriyyəsi azalmaqda davam edir
# 06 may 2016 16:27 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin yanvar-aprel ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 5,7 dəfə azalaraq 999 mln. 521 min 382,18 manat təşkil edib.

APA-Economics”in məlumatına görə, 2016-ci ilin yanvar-aprel aylarında qiymətli kağızlar bazarında əqdlərin məbləği 191 mln. 607 min 749 manat olub.

Hesabat dövründə pay bazarında əqdlərin məbləği 5 mln. 904 min 405 manat, borc alətləri bazarında isə 29 mln. 858 min 079 manat təşkil edib.

Törəmə Maliyyə Alətləri Bazarında (Forex) dövriyyə 772 mln. 151 min 148 manat olub.

Bütün alətlər üzrə BFB-da keçirilmiş hərracların müqayisəli cədvəli:

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR