Xırdalanda 42 yaşlı kişi 9-cu mərtəbədən yıxılaraq ölüb

Xırdalanda 42 yaşlı kişi 9-cu mərtəbədən yıxılaraq ölüb
# 03 sentyabr 2016 10:16 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Xırdalan sakini bədbəxt hadisə nəticəsində ölüb.

Abşeron rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə sentyabrın 2-dən 3-ə keçən gecə qeydə alınıb.

Xırdalan şəhərində yaşayan 42 yaşlı Tofiq Süleymanov 9-cu mərtəbədən yıxılıb. O hadisə yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR