Martda yerli banklarda yerləşdirilən əmanətlərin həcmi azalıb

Martda yerli banklarda yerləşdirilən əmanətlərin həcmi azalıb
# 06 may 2016 09:05 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin həcmi 2016-cı il aprelin 1-nə 23 121,6 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 602,5 mln. manat və ya 24,9% çoxdur. O cümlədən, fevral ayı ilə müqayisədə mart ayında depozitlərin həcmi 1 836,2 mln. manat və ya 8,6% artıb. Ötən ilin dekabr ayı ilə müqayisədə isə cari ilin mart ayında depozitlərin həcmi 310,4 mln. manat və ya 1,32% azalıb.

Depozitlərin tərkibində 7 888,9 mln. manatı və ya 34,1%-i ev təsərrüfatları əmanətlərinin payına düşür. Əmanətlərin həcmi 2015-ci il aprelin 1-nə nisbətən 107,3 mln. manat və ya 1,4% artıb. Bununla belə, martda fiziki şəxslərin əmanətlərinin həcmi 188, 4 mln. manat və ya 2,33% azalıb. Ümumiyyətlə, bu il ərzində ev təsərrüfatlarının əmanətləri azalmaqda davam edir. Belə ki, yanvarda fiziki şəxslərin əmanətlərinin həcmi 8 643,3 mln. manat, fevralda 8077,3 mln. manat olubsa, martda bu göstərici 7888,9 mln. manata düşüb.

Eyni zamanda hüquqi şəxslərin depozitlərinin həcmi bu ilin aprelin 1-nə 15 232,8 mln. manata bərabərdir. Bu göstərici illik müqayisədə 4 495,4 mlrd. manat və ya 41,9% artıb.

Hüquqi şəxslərin depozitlərinin tərkibində 6 444,5 mlrd. manatı və ya 42,3%-i maliyyə təşkilatların depozitlərinin, 8 788,3 mln. manatı və ya 57,7%-i qeyri-maliyyə təşkilatların depozitlərinin payına düşür.

Yerli banklarda depozitlərin 4 401,2 milyonu manatla, 19 031,8 milyonu isə xarici valyutada yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR