Vladimir Putin Qələbənin 71-ci ildönümü münasibəti ilə Azərbaycan prezidentini təbrik edib

Vladimir Putin Qələbənin 71-ci ildönümü münasibəti ilə Azərbaycan prezidentini təbrik edib
# 08 may 2016 11:46 (UTC +04:00)

Moskva.Fərid Əkbərov -APA.Rusiya prezidenti Vladimir Putin faşizm üzərində Qələbənin 71-ci ildönümü münasibəti ilə Azərbaycan prezidenti İlham Əliyevi təbrik edib.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumatda Rusiya prezidentinin Azərbaycan prezidenti ilə yanaşı, Qazaxıstan, Belarus, Ermənistan, Özbəkistan, Türkmənistan, Moldova, Tacikistan, Qırğızıstan prezidentlərinə də təbrik məktubu göndərdiyi qeyd olunub.V.Putin Ukrayna və Gürcüstan xalqlarını da təbrik edib.

Təbrik məktubunda Qələbə Gününün hər zaman xalqların birliyi və nqəhrəmanlıq simvolu kimi qalacaq müqəddəs bayram olduğu qeyd olunub. Rusiya prezidenti keçmişdəki faciəvi hadisələrin təkrarlanmasının və ümumi tarixə yenidən baxılmasının yolverilməz olduğunu xüsusilə qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR