Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsinə 3 milyon manat ayrılıb

Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsinə 3 milyon manat ayrılıb
# 02 iyun 2016 16:32 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Azərbaycanın diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi üçün Prezidentin ehtiyat fondundan Diasporla İş üzrə Dövlət Komitəsinə 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabineti isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR