Dünya bazarında qızıl 7 dollara yaxın bahalaşıb

Dünya bazarında qızıl 7 dollara yaxın bahalaşıb
# 17 may 2016 07:09 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 1,00% - 17 710,71 bəndədək, S&P 500 0,98% - 2 066,66 bəndədək, NASDAQ 1,22% - 4 775,46 bəndədək artıb.

APA-Economics” xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,21% - 6 151,40 bəndədək, Almaniya DAX-ı 0,92% - 9 952,90 bəndədək artıb, Fransa CAC-40-ı 0,18% - 4 312,28 bəndədək ucuzlaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 6,50 dollar bahalaşaraq 1 280,70 dollara, gümüş isə 0,13 dollar artaraq 17,28 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR