Gürcüstan Milli Dalğıclar Federasiyasının prezidenti batan şəxsin axtarışı zamanı boğulub

Gürcüstan Milli Dalğıclar Federasiyasının prezidenti batan şəxsin axtarışı zamanı boğulub
# 08 iyul 2016 13:25 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Gürcüstanın Martvili şəhərinin Qoçkadili kəndi ərazisində Abaşistskali çayında itkin düşmüş yeniyetmənin axtarışı zamanı dalğıc batıb.

APA-nın “Gruzia Online”-a istinadən verdiyi məlumata görə, hadisə yerinə işləyən xilasedicilər bildiriblər ki, boğulan dalğıc Milli Dalğıclar Federasiyasının prezidenti Elqudca Camrişvilidir.

Onun meyitini sudan çıxarmaq mümkün olmayıb. Dalğıcın və yeniyetmənin axtarışları davam edir.

Hava şəraiti ilə əlaqədar axtarış işləri çətin gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR