APA-nın Gürcüstan müxbiri Azərbaycanın "Əməkdar jurnalist" fəxri adına layiq görülüb

APA-nın Gürcüstan müxbiri Azərbaycanın "Əməkdar jurnalist" fəxri adına layiq görülüb
# 02 iyun 2016 16:50 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir qrup şəxsə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, elm, mədəniyyət, incəsənət və jurnalistika sahəsindəki nailiyyətlərinə, Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

“Əməkdar elm xadimi”

Məmmədov Əmirullah Məmmədəli oğlu

“Əməkdar jurnalist”

Bağıyeva Mətanət Nəbi qızı

Məmmədov Nizami Zilli oğlu

“Əməkdar rəssam”

Zeynalov Yaşar Ələkbər oğlu

Səmədov Asim Rəsul oğlu

“Əməkdar artist”

İsmayilova Elnarə Telman qızı

Manafov İslam Atabala oğlu

Qeyd edək ki, N. Məmmədov APA-nın Gürcüstan müxbiridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR