Ermənilərin Tərtər və Ağdamda dağıtdığı məcburi köçkün evlərindən 30-u bərpa edilib

Ermənilərin Tərtər və Ağdamda dağıtdığı məcburi köçkün evlərindən 30-u bərpa edilib
# 26 may 2016 11:29 (UTC +04:00)

Bakı-APA. Ermən silahlı birləşmələrinin aprel ayında intensiv artilleriya atəşləri nəticəsində Tərtər və Ağdam rayonlarında dağıntıya məruz qalmış 30-dan çox evdə bərpa işləri başa çatdırılıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Tərtərin Evoğlu, Şıxarx, Ağdamın Dördyol, Təzəkənd və digər kənd və qəsəbələrindəki evlər bərpa edilib.

Məlumatda bildirilir ki, son hadisələr zamanı ümumilikdə götürdükdə məcburi köçkünlərin məskunlaşdıqları 452 mənzilə ziyan dəyib, onlardan 15-i tamamilə, 437-si qismən dağıdılıb, 311 iri və xırdabuynuzlu mal-qara tələf olub. Evləri dağıdılmış və zərər çəkmiş bütün məcburi köçkünlərin evlərinin bərpası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR