Azərbaycanda dövriyyədə olan nağd pulların həcmi artmaqdadır

Azərbaycanda dövriyyədə olan nağd pulların həcmi artmaqdadır
# 06 may 2016 08:53 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycanda son 1 ildə dövriyyədə olan nağd pulların həcmi 30,31% və ya 244,2 mln. manat azalaraq 5 613,5 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, mart ayında dövriyyədə olan nağd pulların həcmi 114,4 mln. manat və ya 2,08% artıb. Ümumiyyətlə, yanvar ayı ilə müqayisədə martda dövriyyədə olan nağd pulların həcmi 658,8 mln. manat və ya 13,3% artıb. Beləliklə, 6 aylıq azalmadan sonra artıq iki aydır ki, ölkədə dövriyyədə olan nağd pulların həcmi artmaqdadır.

Xatırladaq ki, dövriyyədə olan nağd pulların həcminin azalması prosesi 2014-cü ilin avqust ayından başlayıb. Həmin vaxtdan indiyədək yalnız 2015-ci ilin may ayında bu göstərici üzrə artım qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR