Göyçayda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 2 nəfər tutulub

Göyçayda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 2 nəfər tutulub
# 04 oktyabr 2016 10:01 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayonunda narkotik vasitələrin hazırlanması, saxlanılması və satışı ilə məşğul olmaqda təqsirləndirilən şəxslər tutulub.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Şəkər kəndində əməliyyat-axtarış tədbirləri zamanı şübhəli şəxs qismində saxlanılan 1982-ci il təvəllüdlü Abdullayev Davud Aydın oğlunun evinə baxış keçirilib. Oradan 49.7 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.


Polis əməkdaşları Şəkər kənd sakini 1974-cü il təvəllüdlü Əliyev Eldar Ağasəf oğlunun yaşadığı evin həyətindən isə xüsusi qulluq edilməklə yetişdirilən 3 ədəd çətənə kolu aşkarlayıblar.

Hər iki şəxs saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR