“DəmirBank”ın səhmdarları mənfəətin bölüşdürülməsini müzakirə edəcək

“DəmirBank”ın səhmdarları mənfəətin bölüşdürülməsini müzakirə edəcək
# 12 may 2016 06:35 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu ilin iyunun 25-də “DəmirBank” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

"APA-Economics" xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

- Bankın kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş maliyyə hesabatının təsdiqlənməsi;

- İnvestisiya qiymətli kağızlar üzrə illik hesabatın təsdiqi;

- “Dəmir İnvestisiya Şirkətinin” nizamnamə kapitalının artırılması, nizamnaməsinə dəyişikliklərin edilməsi və dəyişikliklərin dövlət qeydiyyatına alınması;

- Bankın nizamnaməsinin yeni redaksiyasının təsdiq edilməsi və dövlət qeydiyyatına alınması;


- Mənfəətin bölüşdürülməsi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR