Yunanıstanda TAP qaz boru kəmərinin inşasına başlanılır

Yunanıstanda TAP qaz boru kəmərinin inşasına başlanılır
# 17 may 2016 03:31 (UTC +04:00)

Bakı-APA. Bu gün Yunanıstanın Saloniki şəhərində TAP qaz boru kəmərinin inşasının başlanması münasibətilə təntənəli mərasim keçiriləcək.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, tədbirdə Yunanıstanın baş naziri Aleksis Tsipras, ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokstayn, Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç, Bolqarıstanın energetika naziri Temenujka Petkova, TAP-ın icraçı direktoru Yen Bredşou, o cümlədən konsorsiuma daxil olan şirkətlərin (BP, SOCAR, Snam, Fluxis, Enagas və Axpo) nümayəndələri iştirak edəcək.

Mərasimdə həmçinin layihədə iştirak edən ölkələrin nümayəndə heyətlərinin iştirakı gözlənilir.

Qeyd edək ki, TAP “Şahdəniz-2” layihəsi çərçivəsində hasil ediləcək təbii qazın Avropaya çatdırılmasını nəzərdə tutur. Uzunluğu 870 km olacaq TAP kəməri Azərbaycan qazını Türkiyə, Yunanıstan və Albaniya ərazisi ilə İtaliyaya çatdıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR